Ana Sayfa > M / Karusel / Dünya / M2 > Parisdə “Charlie Hebdo” qətliamını təşkil edən "Al-Qaida" lideri öldürüldü

Parisdə “Charlie Hebdo” qətliamını təşkil edən "Al-Qaida" lideri öldürüldü


8-05-2015, 15:51. Yazar: Xeberaz
Parisdə “Charlie Hebdo” qətliamını təşkil edən "Al-Qaida" lideri öldürüldü

Parisdə “Charlie Hebdo” redaksiyasına hücuma görə məsuliyyəti üzərinə götürən “Al-Qaida” lideri məhv edilib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində “Al-Qaida”nın Yəmən qolunun ideoloji lideri Nasir bin Əli al-Ansi öldürülüb. Hücum zamanı onunla birlikdə böyük oğlu və bir neçə silahlı da ölüb. Yəməndə ABŞ pilotsuz təyyarələrin endirdiyi zərbələr nəticəsində “al-Kaida”nın daha bir yüksək vəzifəli üzvü - Haris Nəzəri öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo”ya hücumdan sonra Fransada silsilə terror aktlarının törədiləcəyi ilə hədə-qorxu gələn məhz Nəzəri olub.

Geri dön