Ana Sayfa > M / Karusel / Siyasət > İran Azərbaycanın yanındadır - Səfir

İran Azərbaycanın yanındadır - Səfir


29-06-2016, 23:07. Yazar: Xeberaz
İran Azərbaycanın yanındadır - Səfir

Qarabağ məsələsi tezliklə, sülh yolu ilə ədalətli şəkildə həll olunmalıdır.

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Qüds günü ilə əlaqədar "İslam dünyasının işğalçılıq və ifratçılıq əleyhinə birliyi" adlı konfransda çıxışı zamanı deyib.

O ümid etdiyini bildirib ki Azərbaycanın ixtiyarında olmayan torpaqlar Azərbaycan ərazisinə qaytarılacaq: "İran bu münaqişə ilə bağlı daim Azərbaycanın yanında olan mövqe sərgiləyib".

Səfir ötən gün İstanbulda baş vermiş terror hadisəsini xatırladaraq İslam düşmənlərinin bu hadisələri törətməklə müsəlmanlar arasında çaxnaşma yaratmaq və müsəlman dünyasını zəiflətmək istədiklərini qeyd edib.

Konfransda İslam mədəniyyəti mərkəzinin rəhbəri İbrahim İbrahimi, Qafqaz müsəlmanları İdarəsinin nümayəndəsi Əlirza Qafarov və şəxslər iştirak edib.
Geri dön