Ana Sayfa > M / Karusel / Dünya > Ağ Ev İstanbul terroru ilə bağlı araşdırmalara başladı

Ağ Ev İstanbul terroru ilə bağlı araşdırmalara başladı


29-06-2016, 15:30. Yazar: Xeberaz
Ağ Ev İstanbul terroru ilə bağlı araşdırmalara başladı
ABŞ hökuməti İstanbulun Atatürk hava limanında törədilən terror aktına münasibət bildirib

"Xəbəraz.az " xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Coş Ernest terror aktını qınayıb.

O deyib ki, ABŞ onlarla insanın öldüyü və yaralandığı xain terror hücumunu ən sərt şəkildə pisləyir: “Terror təhdidi ilə mübarizəmizi davam etdirdiyimiz bir zamanda, dost və müttəfiqimiz olan Türkiyəyə sarsılmaz dəstəyimizi əsirgəməyəcəyik”.

ABŞ-ın dövlət katibi Con Kerri isə bildirib ki, Birləşmiş Ştatlar İstanbul terrorunun kimlər tərəfindən törədildiyini araşdırır: “Biz bu qanlı terror aktının kimlər tərəfindən törədildiyini araşdırırıq”.
Geri dön