Ana Sayfa > M / Karusel / Siyasət > “Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq“

“Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq“


29-06-2016, 15:16. Yazar: Xeberaz
“Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq“

"Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq"

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

O bildirib ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq: "Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir".

V. Jirinovskinin fikrincə, Rusiya-Türkiyəyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.
Geri dön