Ana Sayfa > M / Karusel / Gündəm > AZAL-dan İstanbul terroru ilə bağlı - Açıqlama

AZAL-dan İstanbul terroru ilə bağlı - Açıqlama


29-06-2016, 10:26. Yazar: Xeberaz
AZAL-dan İstanbul terroru ilə bağlı - Açıqlama

Bu gün Bakı vaxtı ilə saat 23.30-da İstanbul Atatürk Hava Limanından Azərbaycan Hava Yollarına məxsus təyyarə Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Bizim sərnişinlər tamamilə qeydiyyatdan keçiblər. Bunun ardınca isə partlayış baş verib.

Bunu APA-ya açıqlamasında AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Onun sözlərinə görə, partlayış AZAL-ın sərnişinlərinin olduğu yerdən xeyli kənarda baş verib: “Bizim sərnişinlərdən ölən və ya xəsarət alan yoxdur”.


P.Kəsəmənski deyib ki, partlayış səbəbindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL təyyarəsi də havaya qalxa bilməyib.

“AZAL-ın İstanbuldakı əməkdaşları sərnişinlərə lazım olan dəstəyi verir”, - deyən P.Kəsəmənski onu da qeyd edib ki, eyni vaxtda Türk Hava Yollarının Bakı - İstanbul aviareysi də hadisə səbəbindən yerinə yetirilməyib.
Geri dön