Ana Sayfa > M / Karusel / Dünya > Mövlud Çavuşoğlu Lavrovla görüşəcək

Mövlud Çavuşoğlu Lavrovla görüşəcək


28-06-2016, 22:45. Yazar: Xeberaz
Mövlud Çavuşoğlu Lavrovla görüşəcək

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək

APA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” Türkiyə prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb.

Bundan əvvəl Mövlud Çavuşoğlunun Rusiyanın iyulun 1-də Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında iştirak edəcəyi barədə məlumat yayılmışdı.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin vurulmasına görə rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq edib.
Geri dön