Ana Sayfa > M / Karusel / Dünya > Türkiyə-İsrail yaxınlaşması Fələstini ikiyə böldü

Türkiyə-İsrail yaxınlaşması Fələstini ikiyə böldü


28-06-2016, 22:11. Yazar: Xeberaz
Türkiyə-İsrail yaxınlaşması Fələstini ikiyə böldü

Türkiyə və İsrailin əlaqələri normallaşdırmaq üçün anlaşma şərtləri Fələstində birmənalı qarşılanmayıb

"Xəbəraz.az " xəbər verir ki, Qərbi Şeriada Ramallah hökumətu qərara etirazını bildirib. Qəzzadakı Həmas isə anlaşma şərtlərinə görə Türkiyəyə təşəkkür edib.

Tanınmış fələstinli siyasətçi Hanan Aşravi qeyd edib ki, anlaşma iki ölkənin maraqlarına xidmət edir və burada Fələstinin apardığı mübarizəyə zidd məqamlar var.

Həmas lideri Halid Meşal isə bildirib ki, bütün hallarda Türkiyə rəhbərliyinə və xalqına təşəkkür düşür: "Həmas olaraq Fələstin xalqı və müstəqillik mübarizəsi uğurunda aparılan mücadiləyə dəstək verən Mavi Mərmərə gəmisində şəhid olanları, yaralananları və bütün Türkiyə xalqını sayqı ilə anırıq".
Geri dön