Ana Sayfa > M / Karusel / Gündəm > DİN Ağcəbədidə baş verən faciə ilə bağlı məlumat yayıb

DİN Ağcəbədidə baş verən faciə ilə bağlı məlumat yayıb


27-06-2016, 13:33. Yazar: Xeberaz
DİN Ağcəbədidə baş verən faciə ilə bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi Ağcəbədidə baş verən faciə ilə bağlı məlumat yayıb.


"Xəbəraz.az " -ın nazirliyinin saytına istinadən məlumatına görə, iyunun 25-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Ağdam rayon sakini Ənvər Səfərovun evinə gəlmiş kürəkəni, Xocavənd rayon sakini Ələsgər Quliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq onu, qayınanası Naziləni və arvadı Raifəni qətlə yetirib, sonra isə özünü öldürüb.
Ağcabədi RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan lüləsi kəsilmiş ov tüfəngi götürülüb.
Geri dön