Ana Sayfa > M / Karusel / Siyasət > XİN-dən Roma Papasının İrəvandakı çağırışına MÜNASİBƏT

XİN-dən Roma Papasının İrəvandakı çağırışına MÜNASİBƏT


27-06-2016, 11:51. Yazar: Xeberaz
XİN-dən Roma Papasının İrəvandakı çağırışına MÜNASİBƏT

Xarici İşlər Nazirliyi Roma Papasının Ermənistana rəsmi səfəri zamanı çağırışlarına münasibət bildirib.


Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Roma Papasının sülh çağırışını Ermənistanda etdiyi üçün bunun rəsmi İrəvana ünvanlandığını bildirib: “Roma Papası Fransiskin Yerevanda Birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi və bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır.
Roma Papası Fransiskin sülh çağırışı Ermənistanda edildiyi üçün bu çağırışın ünvan sahibi rəsmi Yerevandır. Ümidvar olmaq istərdik ki, rəsmi Yerevan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq və Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaqdır”.
Geri dön