Ana Sayfa > M / Karusel / Dünya > Ərdoğan: “Bizi bölə bilməyəcəklər”

Ərdoğan: “Bizi bölə bilməyəcəklər”


26-06-2016, 11:22. Yazar: Xeberaz
Ərdoğan: “Bizi bölə bilməyəcəklər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-ya qarşı hərbi əməliyyatların aparıldığı Şırnak vilayətində yerləşən hərbi hissədə hərbçilərlə iftar süfrəsinə otuturb.

Ərdoğan çıxışında 2015-ci ildən bu yana terrorçulara qarşı aparılan əməliyyatlardan danışıb.

“Qarşımızda bir terror təşkilatı var və bu təşkilat da çöldən dost görünənlərdən aldıqları dəstəklə qarşımızda dayanırlar”, - Ərdoğan deyib.

Türkiyənin bir millət olduğunu və heç kimin millətin birliyini bölə bilməyəcəyini bildirib:

“Bir tək millətik, bizi bölə bilməyəcəklər. Hər kəs öz irqi, qövmü ilə öyünə bilər. Amma nə türkün, nə də kürdün bir-birinə qarşı üstünlüyü yoxdur. Kim Allaha yaxınsa, o üstündür. Siz hazırda bu mübarizənin içindəsiniz. Biz bayrağımızdan başqa bayraq tanımırıq və o parçaları bayraq kimi istifadə edənlər özlərini aldadırlar. Bu ölkədə bizim bayrağımızın rənginin, hilalının mənası dünyanın heç bir yerində yoxdur. Bayraqları bayraq yapan üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa, vətəndir. Bizim inancımızda bu belədir”.
Geri dön