Ana Sayfa > M / Karusel / İqtisadiyyat > İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı22-06-2016, 19:15. Yazar: Xeberaz |
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb. "Xəbəraz.az " xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (Əlavə 1). 2. Müəyyən edilsin ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər: 2.1. Azərbaycan Respublikasının Prezidenti: 2.1.1. Cəmiyyətin Nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; 2.1.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 2.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi; 2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.2.1. bu Fərmanın 2.1-ci bəndində və Cəmiyyətin Nizamnaməsinin 7.6.3-cü yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 3. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” təsdiq edilsin (Əlavə 2). 4. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sistemi yaradılsın və 2017-ci il yanvarın 1-dən tətbiq edilsin. 5. “Elektron ipoteka” sistemi aşağıdakıları təmin etməlidir: 5.1. ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını; 5.2. ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini; 5.3. ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını; 5.4. ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini; 5.5. ipoteka kreditinin alınması üçün tələb olunan və bu Fərmanın 7.2.1–7.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınmasını; 5.6. ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını; 5.7. ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını; 5.8. ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını. 6. “Elektron ipoteka” sisteminin təşkilini və fəaliyyətinin təmin olunmasını Cəmiyyət həyata keçirir. 7. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi: 7.1. “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etsin; 7.2. ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən “Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin etsin: 7.2.1. ipoteka krediti almaq istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar; 7.2.2. ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar; 7.2.3. ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən məlumatlar; 7.2.4. ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar; 7.2.5. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi; 7.2.6. mərkəzləşdirilmiş kredit reyestrindən məlumatlar; 7.2.7. ünvan reyestrinin məlumatları; 7.3. “Elektron ipoteka” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Cəmiyyətə kömək göstərsin. 8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılsın ki, “Elektron ipoteka” sisteminin fəaliyyətinin təşkili üçün Cəmiyyətə kömək etsinlər. 9. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 9.1. “Elektron ipoteka” sisteminin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 9.2. ipoteka kağızının qeydiyyatı və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 9.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 9.4. Cəmiyyətin Nizamnaməsinin 7.2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq, Cəmiyyətin Müşahidə Şurasının üzvlərini on gün müddətində təyin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 9.5. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.10-cu yarımdəndinə uyğun olaraq, borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin; 9.6. nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1-3.3-cü bəndlərində müəyyən edilmiş tələblərə uyğun verilməsinin qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin; 9.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 9.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 9.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 11. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133) aşağıdakı dəyişikliklər edilsin: 11.1. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.5. Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir;”; 11.2. 4.5-ci və 4.6-cı bəndlər ləğv edilsin. 12. Cəmiyyət ipoteka kreditləşməsi üçün zəruri olan bütün daxili aktları iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 13. “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 805, № 10, maddə 910; 2007, № 6, maddə 606; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610), “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli 339 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1108; 2007, № 1, maddə 8; 2014, № 12, maddə 1583) və “Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 8, № 5, maddə 457, № 6, maddə 608; 2010, № 2, maddə 80; 2012, № 9, maddə 859; 2013, № 2, maddə 105) ləğv edilsin. *** İlham Əliyev N.H.Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Natiq Həmdulla oğlu Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin. 19:07 İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Hacıyeva İndira Niyazi qızı Meybəliyeva Zemfira Seydulla qızı Məmmədov Əli Həsən oğlu Mustafayev Nizami Əbülfəz oğlu Səfərov Nizami Abdulla oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Abasov Azim Heydər oğlu Abbasova Ülviyyə Ağamverdi qızı Abbasova Svetlana Əhməd qızı Abdulxalıqov Təbriz Hüseyn oğlu Abdullayev Nizami İbrahim oğlu Abdulrazaqov Fuad Rafiq oğlu Ağahüseynov Ehtimad Sutun oğlu Ağayev Natiq Yusif oğlu Ağayev Rövşən Rahib oğlu Ağayev Rüstəm Ağa oğlu Ağayev Valid Adıgözəl oğlu Axundov Fuad Ramiz oğlu Axundov Xəlil Məhərrəm oğlu Alıyev Namiq Nurəddin oğlu Alıyev Vaqif Alı oğlu Andina Valentina Vitalyevna Aslanova Cəmilə Kazım qızı Babayev Sədrəddin Həsən oğlu Babayev Tofiq Qaffar oğlu Babayeva Tatyana Vitalyevna Bağırov Həsən Sədrəddin oğlu Bağırov Hüseyn Əziz oğlu Baxışov Elsevər Sabir oğlu Balabəyov Balabəy Kiçibalı oğlu Balayev Arif Tofiq oğlu Baloğlanov Anar Rafael oğlu Bədəlov Bəyəli Xanəli oğlu Boyeva Alla Aleksandrovna Cavadov Tofiq Əvsər oğlu Cəbrayılov Əliş Cəbrayıl oğlu Cəbrayılov Rəşad Yasər oğlu Cəfərov İsrail Fazil oğlu Cəfərov Vaqif Cəfər oğlu Cəlilova Şəfəq Xəlil qızı Çerkaşenko Svetlana Yuryevna Dadaşov Əli-İsa Əşrəf oğlu Dadaşov Hacıbala Nadir oğlu Dünyamalıyev Vidadi Vəli oğlu Əbdüləzimov Xəqani Nağı oğlu Əhmədov Faiq Fariz oğlu Əhmədov Hümbət Əhmədiyyə oğlu Əhmədov Nizami Məmməd oğlu Əkbərov Məharət Xalis oğlu Ələkbərov Fuad Həmid oğlu Ələkbərov Sadıq Nəriman oğlu Əliyev Əlibaba Nəcəf oğlu Əliyev Fəxrəddin Yusif oğlu Əliyev Hüseyn Yusif oğlu Əliyev Qafar Məmməd oğlu Əliyev Rüfət Ənvər oğlu Əliyev Təhmasib Məcnun oğlu Əlizadə Azər Əli oğlu Əmirəliyev Mehman Əli oğlu Əsədov Elşən Səlim oğlu Əsgərov Ələkbər Həsənbala oğlu Əsgərov Rəhim Əsgər oğlu Əsgərova Natəvan Balağa qızı Əzənmədov Habil Həsən oğlu Əzizov Rəşad Fikrət oğlu Fərəcov Nadir İbrahim oğlu Fərəməzov Şahid Ələziz oğlu Fərzəliyev Azər Şamil oğlu Fətəliyeva Vüsalə Mustafa qızı Gərayzadə Elman Tofiq oğlu Hacıyev Aydın Əli oğlu Hacıyev Cəlil Manaf oğlu Həsənov Eldar Yusif oğlu Həsənov İlham Aydın oğlu Hətəmov Yusifəli Şirincan oğlu Hüseynov Hilal Qorxmaz oğlu Hüseynov Ramiz Nobil oğlu Hüseynov Sabir Hümbət oğlu Hüseynov Zahid Zülfiqar oğlu Hüseynova Aygün Fəxrəddin qızı Hüseynova Könül Şamil qızı Hüseynova Reyhan Əbil qızı Xəlilov Kamil Sahib oğlu İbadov Muradxan Əhmədxan oğlu İbrahimli Nuriyyə Paşa qızı İsmayılov Famil Nəcəf oğlu İsmayılova Dilbər Ramis qızı Kərimov Afiq Oktay oğlu Kərimov Beydulla Həbibulla oğlu Kərimov Sürəddin Mövsüm oğlu Kərimova Vüsalə Nadir qızı Qasımov İlqar Salman oğlu Qasımov Məzahir Qurban oğlu Qasımova Lalə Xəlil qızı Qədirov Abil Qərib oğlu Qəhrəmanov Şahin Məmməd oğlu Qubatov Rəşad Qubat oğlu Quliyeva Bəyim Əmirxan qızı Quluzadə Elnar Mübariz oğlu Qurbanov Fərman Yusif oğlu Qurbanov Rafət Misir oğlu Qurbanov Təvəkkül Kəramət oğlu Qurbanov Turab Dilsuz oğlu Mahmudova Pərvin Şərif qızı Mazanov Kamal Hüseyn oğlu Məmmədov Elyar Əli oğlu Məmmədov Ədalət Allahverdi oğlu Məmmədov Fuad Adil oğlu Məmmədov Mübariz Hidayət oğlu Məmmədov Oqtay Umud oğlu Məmmədov Rais Əmir oğlu Məmmədova Lətifə Adil qızı Mənəfov Rəfail Cəfər oğlu Mənsimov Kazım Bayraməli oğlu Mirzəyev Rafiq Həbibulla oğlu Mövlayev Hənifə Musa oğlu Muradov Nadir Yədulla oğlu Musayev Orxan Toğrul oğlu Musayev Vüsal Kərim oğlu Musayeva Kamilla Rüstəm qızı Mustafayev Elşən Cəfər oğlu Mürsəlov Mübariz Mürsəl oğlu Mürşüdov Asif Əflatun oğlu Mütəllimova Vəfa Allahverən qızı Nağıyev Şəmsəddin Kamil oğlu Namazov Ramid Zakir oğlu Nəsibova Aybəniz Abbas qızı Nəsirov Rauf Şamil oğlu Novruzov Elmar Qəzənfər oğlu Novruzov Rafiq Novruz oğlu Nurəlibəyov Əli Hidayət oğlu Paşa Yaşar Əhməd oğlu Piriyev Əbülfət Haqverdi oğlu Rzayev Xaqani İslam oğlu Rzayev Şahid Şahmar oğlu Seyid Hacı Mirhəşim Miryaqub oğlu Seyidov Şəkur Mir Möhsün oğlu Səfərov Rövşən Tofiq oğlu Səfərov Yusif Fəxrəddin oğlu Səmədov Əhməd Səməd oğlu Şəfiyeva Sevil Həsən qızı Şərifov Məhəmməd Şirin oğlu Şirəliyev Firdovsi Əvəz oğlu Şirinov Rafiq Mirzə oğlu Tutayuk Fərhad Xaspolad oğlu Vəlimətova Elmira Eyvaz qızı Vəliyev Sərvər Yaqub oğlu Yaqubova Gülşən Fikrət qızı Yasinov Hikmət Qüdrət oğlu Yunusov Eldar Əli oğlu Yunusov Nəciməddin Yunus oğlu Yusifova Ruhəngiz Siyasət qızı Zeynalov Hafiz Ziyafət oğlu Zöhrabova Nigar Yaqub qızı “Tərəqqi” medalı ilə Abbasov Səyyaf Əmir oğlu Bağırova Nərminə Rza qızı Dadaşov İlqar Burhan oğlu Dunusov Mühəndis Abdulla oğlu Əliyev Sahib İbrahim oğlu Əmiraslanov Rəşid Əhəd oğlu Əsayev Əsgər Müzəffər oğlu Əsgərov Əli Əsgər oğlu Hacıyev Əkbər Kamus oğlu Hacıyeva Təranə Sabir qızı Heydərova Lətifə Qubad qızı Xələfov Vasif Mədət oğlu Xəlilov İdris Əliş oğlu İbrahimov Rasim Adil oğlu İmanov Vaqif Həsən oğlu Qarayev Mahir Qoca oğlu Qasımov Böyükbala Soltan oğlu Quliyev Altun Zülqərneyn oğlu Qurbanov Nadir Asamudinoviç Lələyev Elman Əbdüləli oğlu Məhəmmədov Vaqif Hümbət oğlu Məmmədova Fatma Məmməd qızı Məmmədova Xatirə Fərman qızı Orucov Məhəmməd Zirəddin oğlu Rəsulov Rəsul İslam oğlu Rufiyev Əflatun Rufi oğlu Tarverdiyev Rafiq Abdun oğlu. Geri dön |