Ana Sayfa > M / Karusel / İdman / M2 > Avropa Oyunlarınına bilet alanlar üçün metro pulsuzdur

Avropa Oyunlarınına bilet alanlar üçün metro pulsuzdur


7-05-2015, 13:09. Yazar: Xeberaz

Avropa Oyunlarınına bilet alanlar üçün metro pulsuzdur
“Onlar bileti göstərməlidirlər”.

Bakıda ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə gedən insanlar üçün metro pulsuz olacaq.

Xeberaz.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, tamaşaçılar yalnız Avropa Oyunlarının açılış və bağlanış günləri biletlərini göstərməklə metrodan pulsuz istifadə edə biləcəklər.

“Bakı 2015 Avropa Oyunlarına akkreditasiyası olan bütün şəxslər, yarışlar zamanı metrodan pulsuz istifadə edəcəklər”.

Qeyd edək ki, Avropa Oyunlarının açılışı iyunun 12-də, bağlanışı iyunun 28-də keçiriləcək.
Geri dön