Ana Sayfa > M / Karusel / Şou-Biznes / Müsahibə > “Aygün xanım niyə burada konsert verdi?”.

“Aygün xanım niyə burada konsert verdi?”.


6-05-2015, 23:02. Yazar: Xeberaz
“Aygün xanım niyə burada konsert verdi?”.
Xalq artisti Aygün Kazımova konsertə hazırlaşır.

Xəbəraz.az -ın məlumatına örə, Bu haqda Axşam.az-a açıqlamasında prodüser Tolik danışıb. O, müğənni üçün qeyri-adi bir məkanda konsert təşkil edəcəyini bildirib:

“Məkanı və vaxtı açıqlamaq istəmirəm. Çünki nə deyirsən, tez oğurlayırlar. Amma heç kim hələ belə bir konsert görməyib. Fərqli məkandır. Mən Elza Seyidcahan kimi təyyarədə, hovuzda konsert düşünməmişəm. Sadəcə hamı bir sual verəcək: “Aygün xanım niyə burada konsert verdi?”. Bu yaxınlarda bir müğənninin (Lətifə Soyuöz – red.) açıqlamasını oxudum. Deyir ki, hamı Aygün Kazımova ilə Röyanı təkrarlayır. İllərdir bu sənətdə kiminsə özünü bənzətmək istədiyi üçüncü bir müğənni yoxdur. Niyə şou-biznesimizdə Aygün xanım və Röya kimi parlayan müğənni olmur?”.

Tolik həmçinin A.Kazımovanın “Sənə xəstəyəm” mahnısının türk versiyasına klip çəkiləcəyini bildirib. Ekran işi Türkiyədə lentə alınacaq.
Geri dön