Ana Sayfa > M / Karusel / Hadisə > “Heç kimə borcu olmayıb, sakit insan idi. Qardaşım bizi tək qoyub getdi...”

“Heç kimə borcu olmayıb, sakit insan idi. Qardaşım bizi tək qoyub getdi...”


6-05-2015, 22:27. Yazar: Xeberaz
“Heç kimə borcu olmayıb, sakit insan idi. Qardaşım bizi tək qoyub getdi...”
Bu gün Samuxun Kolayır kənd sakini 1975-ci il təvəllüdlü Novruz Cabbarov yaşadığı evdə özünü asaraq öldürüb. Hadisənin səbəbləri mərhumun ailəsi üçün müəmmalı olaraq qalır.


Xeberaz.az məlumatına görə, N. Cabbarovun qardaşı Çərkəz Cabbarov azvision.az-a açıqlamasında bildirib ki, mərhumun heç bir problemi olmayıb:

“Qardaşımın sıxıntısı yox idi. Biz də bilmirik, o canına niyə qıydı. Onun pul problemi də yox idi. Novruz nəsə stress keçirib, darıxıb və özünü həyətlərindəki təzə çiçəkləmiş ərik ağacından asıb. Sağlığı da yerində idi. Hər gün dostları ilə gəzir, deyib-gülürdü. Axşam bizə gəlmişdi. Oturub bir yerdə yemək yedik. Dedim ki, ay qardaşı bizdə qal. Amma o, evlərinə getdi. Novruz normal maaş alırdı. Dolanışığı da yaxşı idi”.

Ç.Cabbbarov qardaşının borca görə özünü öldürməsinə inanmadığını deyib:

“Heç kimə borcu olmayıb, sakit insan idi. Qardaşım bizi tək qoyub getdi...”

Samur Rayon Prokurorluğundan intihar edən şəxsin orta məktəbdə müəllim işləməyini təsdiqləyiblər:

“Hadisə bu gün səhər saat 6 radələrində qeydə alınıb. İntihar zamanı mərhumun anası, həyat yoldaşı və övladları evdə olublar. Bədənində başqa işgəncə xəsarətləri qeydə alınmayıb. Hazırda hadisə ilə bağlı Samux Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır”.
Geri dön