Ana Sayfa > M / Karusel / Şou-Biznes / Fotogalereya > Bu gün çox sevincliyəm, oğlumun kiçik toyudur

Bu gün çox sevincliyəm, oğlumun kiçik toyudur


5-05-2015, 00:22. Yazar: Xeberaz
Bu gün çox sevincliyəm, oğlumun kiçik toyudur
“Azəristar-2005” müsabiqəsinin qalibi, müğənni Vaqif Şıxəliyev oğlu Elcana sünnət toyu edib.


Xeberaz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sənət dostlarını və yaxınlarını bir araya toplayan müğənni eyni zamanda yeni diski “Ah çəksəm”i təqdim edib.

“Bu gün çox sevincliyəm, oğlumun kiçik toyudur. Bu gün eyni zamanda yeni diskimi təqdim etdim. İki bayram bir-birinə qarışıb. Sənət dostlarım da bu gün məni tək qoymadı. Hər kəsə təşəkkür edirəm”- deyə müğənni təəssüratlarını bölüşüb.

Mərasimə xalq artistləri Gülyaz Gülyanaq Məmmədovalar, Vasif Məhərrəmli, Xatun, Əlikram Bayramov, Aşıq Samirə və başqaları qatılıb.




Geri dön