Ana Sayfa > M / Karusel / Gündəm / Şou-Biznes / Məşhurların Taleyi > Aparıcı Tahirə Məmmədqızı deputat olmaq istəyir

Aparıcı Tahirə Məmmədqızı deputat olmaq istəyir


4-05-2015, 20:31. Yazar: Xeberaz
Aparıcı Tahirə Məmmədqızı deputat olmaq istəyir
“Milli Məclisdə xanım deputatların sayının çox olmasını arzulayıram”.

“Şərq” qəzetinin əməkdaşı və “Space”in aparıcısı Tahirə Məmmədqızı bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq niyyətindədir.

Xeberaz.az axşam.az-a istinadla xəbər verir ki, jurnalist namizədliyini doğulduğu Astara rayonundan irəli sürmək istəyir.

“Milli Məclisdə xanım deputatların sayının çox olmasını arzulayıram. Dostlarımın, yaxınlarımın köməyindən yararlanıb mandat mübarizəsinə qoşulacağam” - deyə T.Məmmədqızı bildirib.

Qeyd edək ki, parlament seçkiləri noyabrda baş tutacaq.
Geri dön