Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm > Prezident “Azərişıq”la bağlı Nazirlər Kabinetinə tapşırıq verib

Prezident “Azərişıq”la bağlı Nazirlər Kabinetinə tapşırıq verib


4-05-2015, 20:21. Yazar: Xeberaz
Prezident “Azərişıq”la bağlı Nazirlər Kabinetinə tapşırıq verib
Nazirlər Kabinetinə tapşırıq verilib.

Azərbaycan prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb.

Xeberaz.az -ın məlumatına görə, “Azərişıq” ASC-də səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirmək aşağıdakı dövlət orqanlarına həvalə edilib:

Nazirlər Kabinetinə:

Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;

Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

Bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Əmlak Məsələləri Dövlət Komitəsinə:

Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

Sərəncama əsasən, Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsini və strukturunu 1 ay müddətində Azərbaycan prezidenti ilə razılaşdıraraq təsdiq etməli, prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamalı, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Geri dön