Ana Sayfa > M / Karusel / Gündəm > Hakerlər Mərkəzi Bankın saytını dağıtdı (FOTO)

Hakerlər Mərkəzi Bankın saytını dağıtdı (FOTO)


4-05-2015, 20:05. Yazar: Xeberaz
Hakerlər Mərkəzi Bankın saytını dağıtdı (FOTO)
Bu addım Avstriyanın qondrama erməni soyqırımını tanıdığı üçün atılıb
Türk hakerlər Avstriya Mərkəzi Bankının veb saytını dağıdıb.

Xeberaz.az ANS PRESS-in məlumatına görə,xəbər verir ki, "Türk Hack Team" adlı qrup bu addımı Avstriyanın qondrama erməni soyqırımını tanıdığı üçün atıb.

Kiber hücum nəticəsində ölkənin Mərkəzi Bankının veb saytı olan "oenb.at"a bir neçə saat giriş məhdudlaşdırılıb. Türk haker qrupunun üzvü olan ZoRRoKiN ləqəbli şəxs qondarma erməni soyqırımını tanıdığını bəyan edən bütün ölkələrə kiber hücumlar edəcəklərini bildirib.

"Avstriyanı öz kapitalizminin ürəyindən vurduq. Növbədə Almaniya var. Əziz millətimizə ifadə etməliyik ki, vətənimiz üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik", - deyə xaker bildirib.

Qeyd edək ki, "Türk Hack Team" xaker qrupu qondarma erməni soyqırımının 100-ci ilində Ermənistan dövlətinə aid veb saytları da dağıtmışdı.

Geri dön