Ana Sayfa > M / Karusel / Dünya > Qoca 105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı

Qoca 105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı


3-05-2015, 21:47. Yazar: Xeberaz
Qoca 105 yaşlı kişi dağıntı altında 8 gün sağ qaldı
Qocanın yalnız əlləri ilə ayaqlarında yüngül sıyrıq və əziklər var.

Xilasedicilər dəhşətli dağıdıcı zəlzələnin baş verdiyi Nepalda bu gün əsl möcüzə ilə üzləşib. Onlar öz evinin dağıntıları altında 8 gün ərzində qalan 105 yaşlı qoca kişini sağ taparaq xilas ediblər.

Xeberaz.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, yerli polis Kimtanq kənd sakini Fançu Geyl adlı qocanın zəlzələ zamanı elə də ciddi xəsarət almadığını, amma dağıntılar altında 8 gün boyunca ac-susuz qaldığını bildirib.

Qocanın yalnız əlləri ilə ayaqlarında yüngül sıyrıq və əziklər var.

Onu hərbi vertolyotla fəlakət zonasından çıxararaq xəstəxanaya aparıblar.
Geri dön