Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə / Xəbəraz TV > Bakıda baş vermiş ağır yol qəzasında qadın piyadının göstərdiyi şücaət təhlükəsizlik kamerasına düşüb.

Bakıda baş vermiş ağır yol qəzasında qadın piyadının göstərdiyi şücaət təhlükəsizlik kamerasına düşüb.


3-05-2015, 15:17. Yazar: Xeberaz
Bakıda baş vermiş ağır yol qəzasında qadın piyadının göstərdiyi şücaət təhlükəsizlik kamerasına düşüb.




Xeberaz.az avtosfer.az-a istinadən məlumatına görə, yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobil idarəetməni itirərək səkiyə çıxıb. Təkərlərin sürtünməsi nəticəsində avtomobil bir anda alışmağa başlayıb. Maşından sağ çıxan sürücüyə yardım etmək üçün isə piyada qadın ona köməyə qaçıb. Qadın həmin sürücünün qolundan tutaraq alovlanan maşından kənarlaşdırıb.

Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kameralarının qeydə aldığı görüntülərdə yolu keçən piyadalar arasında kişilərin də olduğu görünür.

Lakin qəzaya düşən sürücüyə yardım etmək üçün ilk gedən qadın olur. Kişilər sonradan köməyə gəlir.
[media=https://youtu.be/-wxthhQK6sM]
Geri dön