Ana Sayfa > M / Karusel / Dünya / M2 > Tiflisdə Çavçavadze küçəsində yerləşən “Procredit Bank”ın filialını qarət ediblər.

Tiflisdə Çavçavadze küçəsində yerləşən “Procredit Bank”ın filialını qarət ediblər.


3-05-2015, 00:53. Yazar: Xeberaz
Tiflisdə Çavçavadze küçəsində yerləşən “Procredit Bank”ın filialını qarət ediblər.

Oğru saxlanılıb.



Xeberaz.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, insident zamanı xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, oğru silahlı, amma maskasız olub. O, müəyyən məbləğ apara bilib. Bank əməkdaşlarının sözlərinə görə, filiala hücum edən şəxs bankın daimi müştərisi olub.

Polisin “isti izlər”lə apardığı əməliyyat nəticəsində banka hücum etmiş şəxs artıq saxlanılıb. Saxlanılan şəxs 1983-cü il təvəllüdlü Varlam M. silahlı hücumda şübhəli bilinir.

İstintaq müəyyən edib ki, Varlam M. odlu silahla bankın filialına hücum edib və 15 min lari, 9 min dollar və 5 min avro qarət ebib və hadisə yerindən qaçıb.

Varlam M. hadisədən bir neçə saat sonra mənzilində saxlanılıb. Oğurlanmış pullar müsadirə edilib.

Faktla bağlı istintaq silahlı hücum maddəsi üzrə aparılır.
Geri dön