Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev Almaniyada görüşlərə başladı - Foto

İlham Əliyev Almaniyada görüşlərə başladı - Foto


6-06-2016, 19:32. Yazar: Xeberaz
İlham Əliyev Almaniyada görüşlərə başladı - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.

"Xəbəraz.az " xəbər verir ki, görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Airbus Group” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirildi. Müxtəlif sahələrdə, xüsusilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Airbus Group” arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İlham Əliyev Almaniyada görüşlərə başladı - Foto

Geri dön