Ana Sayfa > M / Karusel / Təhsil > Tarix dərsliyi yenilənir

Tarix dərsliyi yenilənir


31-05-2016, 16:57. Yazar: Xeberaz

Tarix dərsliyi yenilənir

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliklərinin proqramlarının və mövzularının hazırlanmasına başlayıb.

Bunu Trend-ə institun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, orta məktəblərin mövcud tarix dərsliklərinin proqramları qaneedicidir:

"Biz dərsliklərin proqramlarını dəyişdirmişik. Tarix İnstitutu bu işdə fəal iştirak edir. Biz heç kəsdən göstəriş gözləmədən konsepsiyamızı hazırlamışıq. 5-ci sinifdən başlayaraq, biz öz tariximizi uşaqlarımıza istədiyimiz kimi təqdim edirik".

Y.Mahmudov qeyd edib ki, artıq 5, 6, 7, 8 və 9-cu sinif şagirdləri üçün yeni dərsliklər hazırlanıb:

"İndi 10-cu sinif üçün tarix dərsliklərinin proqramlarının hazırlanmasına başlanılıb. Dərsliklərin mövzuları da Tarix İnstitutu tərəfindən hazırlanır".
Geri dön