Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev SOCAR-ın yeni binasının açılışında

İlham Əliyev SOCAR-ın yeni binasının açılışında


30-05-2016, 11:21. Yazar: Xeberaz
İlham Əliyev SOCAR-ın yeni binasının açılışında

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

"Xəbəraz.az "xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.

Sonda xatirə şəkli çəkdirilib.
Geri dön