Ana Sayfa > M / Karusel / Təbriklər > İlham Əliyev iki ölkə liderini təbrik etdi

İlham Əliyev iki ölkə liderini təbrik etdi


27-05-2016, 19:27. Yazar: Xeberaz
İlham Əliyev iki ölkə liderini təbrik etdi

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Mulatu Teşomeyə təbrik məktubu göndərib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına əmin-amanlıq və rifah arzulayıram", - təbrikdə deyilir.

***

İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Bidhya Devi Bhandariyə təbrik məktubu ünvanlayıb.

"Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Nepal xalqına sülh və tərəqqi diləyirəm", - təbrikdə qeyd edilir.

Geri dön