Ana Sayfa > M / İqtisadiyyat > Bahalaşma təstqiq olundu!!!

Bahalaşma təstqiq olundu!!!


14-03-2015, 17:13. Yazar: Elmir
Bahalaşma təstqiq olundu!!!


Dövlət Statistika Komitəsi bahalaşmanı TƏSDİQLƏDİ

Bu ilin fevral ayında Azrbaycan Respublikasında istehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayı ilə müqayisədə 4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri isə 1,4 faiz bahalaşıb.
Geri dön