Ana Sayfa > M / Karusel / Siyasət > "İlk növbədə Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır"

"İlk növbədə Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır"


28-04-2015, 15:27. Yazar: Xeberaz

"İlk növbədə Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır"
“Həmsədrlərlə əvvəldən danışmışdıq ki, aprel qurtarsın, ondan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini yerindən necə tərpədə biləcəyimiz barədə fikirləşək”.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Ermənistan tərəfi müəyyən bəhanələr gətirirdi ki, aprel ayında müəyyən tədbirləri var: “Artıq aprel qurtarır. Aprelin 30-da Parisdə həmsədrlərlə görüşəcək, hansı planları quracağımızı müzakirə edəcəyik.

İlk növbədə, Ermənistan qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmalıdır. Ondan sonra atacağımız addımları müəyyənləşdirəcəyik”.
Geri dön