Ana Sayfa > M / Karusel / Siyasət > Komitə sədri Qobustana gedir

Komitə sədri Qobustana gedir


23-05-2016, 12:20. Yazar: Xeberaz
Komitə sədri Qobustana gedir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev mayın 27-də saat 11:00-da Qobustan şəhərində Gənclər Evində (Təzə məhəllə) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Qobustan, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 26-sı saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Geri dön