Ana Sayfa > M / Karusel / Siyasət > Nazir icra başçısının qardaşına vəzifə verdi

Nazir icra başçısının qardaşına vəzifə verdi


20-05-2016, 18:19. Yazar: Xeberaz

Nazir icra başçısının qardaşına vəzifə verdi
Daxili İşlər naziri general polkovnik Ramil Usubov icra başçısı Əhəd Abıyevin qardaşını yeni vəzifəyə təyin edib.

Azvision.az xəbər verir ki, Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Gəncə regional bölməsinə rəis təyin olunub.

Polis polkovniki Zəfər Abıyev bundan öncə DİN-də Baş Cinayət Axtarışı İdarəsində məsul vəzifə daşıyırdı.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.

Geri dön