Ana Sayfa > M / Karusel / Siyasət > Türkiyənin yeni baş naziri zarafatla başladı, sərt bitirdi

Türkiyənin yeni baş naziri zarafatla başladı, sərt bitirdi


19-05-2016, 12:44. Yazar: Xeberaz
Türkiyənin yeni baş naziri zarafatla başladı, sərt bitirdi
Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) mayın 22-də keçiriləcək qurultayında partiya sədrliyinə və Baş nazir postuna Binəli Yıldırımın alternativsiz namizədliyini irəli sürüb.
"Xəbəraz.az " Türkiyə mediasına istinadla xəbər verir ki, Binəli Yıldırım kürsüyə çıxaraq ilk açıqlamalarını verib. O, sözə zarafatla başlayıb:

"Yadıma bir şey düşdü. Biri çıxışa hazırlaşırmış, kürsüyə çıxır, danışacaqlarını unudur. Qayıdır ki, kürsüyə çıxanda nə deyəcəyimi bir Allah bilirdi, bir də mən. İndi təkcə Allah bilir".

Sözünə davam edən Binəli Yıldırım AKP-nin qurultay hazırlıqlarının başa çatdığını bildirib: "AKP demokratiya təntənəsinə, böyük qurultaya hazırdır".

Daha sonra o, sələfi Əhməd Davudoğluna təşəkkür edib.

Gələcək baş nazir sözünü terrora sərt münasibət bildirməklə bitirib: "Millətimiz rahat olsun, terror bəlasını Türkiyənin gündəmindən siləcəyik".

Geri dön