Ana Sayfa > M / Karusel / Gündəm / Səhiyyə > Bu dərmana etiket səhv vurulub? “Facebook”da müzakirə, Nazirlikdən reaksiya

Bu dərmana etiket səhv vurulub? “Facebook”da müzakirə, Nazirlikdən reaksiya


27-04-2015, 14:19. Yazar: Xeberaz
Bu dərmana etiket səhv vurulub? “Facebook”da müzakirə, Nazirlikdən reaksiya

Ötən gün sosial şəbəkədə “Azərfarm” şirkətinə məxsus Perehidrol(perekis30%) və kalsi xlorid məhlullarına etiketlərin səhv vurulması barədə məlumat yayılıb.


Xeberaz.az “Qafqazinfo”-ya xəbər verir ki, məlumatda qeyd olunur ki, Səhiyyə Nazirliyi həmin dərmanların yığışdırılması ilə bağlı apteklərə xəbərdarlıq edib. Bildirilir ki, dərmanlardan istifadə edən iki uşaq isə dünyasını dəyişib.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli ilə əlaqə saxlayıb. O bildirib ki, nazirlikdə sözügedən məsələ ilə bağlı məlumat yoxdur: “Apteklərə bu barədə hər hansı xəbərdarlıq edilməyib. Biz bu informasiya əsasında araşdırmalara başlamışıq. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək”.
Geri dön