Ana Sayfa > M / Karusel / Siyasət > Beynəlxalq birliyin səylərini dəstəkləyirik - Nazir müavini

Beynəlxalq birliyin səylərini dəstəkləyirik - Nazir müavini


18-05-2016, 17:21. Yazar: Xeberaz

Beynəlxalq birliyin səylərini dəstəkləyirik - Nazir müavini

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Şurasının Nazirlər Komitəsinin 126-cı sessiyasında çıxış edib.

APA-nın məlumatına görə, nazir müavini çıxışında qeyd edib ki, Nazirlər Komitəsinin iclası demokratik təhlükəsizliyin artan əhəmiyyətinin bariz nümunəsidir.

“Son terror hadisələrinin Avropada baş verməsi terrorun sülh və təhlükəszilik üçün ciddi təhlükə olduğunu sübut edir. Terror dəhşətini yaşamış Azərbaycan onun bütün forma və təzahürlərini ciddi şəkildə qınayır və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir. Bu baxımdan, Azərbaycan terrorun qarşısının alınması haqqında konvensiyaya daxilolmaların sayının çoxalmasını alqışlayır. Bununla belə, terror və ekstremizmlə mübarizə xüsusi bir dini və mədəniyyəti hədəf seçməməlidir və bu istiqamətdə, qitədə “İslamafobiya” və qeyri-tolerantlığın çoxalması narahatlıq doğurur”, deyə M. Məmmədquliyev bildirib.
Geri dön