Ana Sayfa > M / Karusel / Hadisə > Bakının mərkəzində 2 qadını vuran sürücü qaçdı

Bakının mərkəzində 2 qadını vuran sürücü qaçdı


27-04-2015, 13:22. Yazar: Xeberaz
Bakının mərkəzində 2 qadını vuran sürücü qaçdı
Qadınlardan biri ölüb.

Aprelin 25-də saat 23 radələrində Səbail rayonunun Neftçilər prospektində naməlum sürücünün idarə etdiyi “Hyundai-Elantra” markal avtomobillə təxminən 30-35 yaşlarında 2 naməlum qadın vurulub.

Xeberaz.az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb, digərinin vəziyyəti orta-ağırdır.

Avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən Zığ yolu küçəsində saxlanılıb, lakin sürücü avtomobildən düşərək qaçıb.

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Geri dön