Ana Sayfa > M / Karusel / Gündəm > İşdən çıxarılmış Ülvi Məmmədov polis rəisi aşağı vəzifəyə təyinat alıb

İşdən çıxarılmış Ülvi Məmmədov polis rəisi aşağı vəzifəyə təyinat alıb


17-05-2016, 17:43. Yazar: Xeberaz
İşdən çıxarılmış Ülvi Məmmədov  polis rəisi aşağı vəzifəyə təyinat alıb

Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq
Azərbaycanda bir müddət əvvəl işdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb.
"Xəbəraz.az " "report"a istinadən xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) sabiq rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq. O, yetkinlik yaşına çatmayanlar üzrə inspektor vəzifəsinə təyin edilib.
Xatırladaq ki, keçən ilin sentyabr ayında 12-ci PB-də ölüm hadisəsi baş verib. Bundan qısa müddət sonra Ü.Məmmədov rəis vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ü.Məmmədov iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.
Geri dön