Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Metro istifadəçilərinə şad xəbər

Metro istifadəçilərinə şad xəbər


17-05-2016, 12:32. Yazar: Xeberaz
Metro istifadəçilərinə şad xəbər

Bakı metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb.

Bakı Metropoliteni QSC-dən Axar.az-a verilən məlumata görə, ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb, yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə yeni ölçü cihazları alınıb və müvafiq iş planı hazırlanıb.

Monitorinq zamanı stansiya və tunellərdə oksigen və karbon qazının miqdarı, rütubət, hava kütləsinin axın istiqamətləri və sürəti, ventilyatorların işçi vəziyyəti öyrənilərək təhlil edilib. Ölçmələr hər stansiyanın 15-dək nöqtəsində aparılıb.

Yekunda təsdiq edilmiş yay mövsümünün hər iki qrafiki (hava hərarətinin 35º C-yə qədər olan həddi və 35º C-dən yuxarı göstəricilər üçün) elektrik enerjisində, ventilyasiya avadanlıqlarının istismarında qənaətə imkan verəcək.

Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq.
Geri dön