Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev Misirə dəvət edildi

İlham Əliyev Misirə dəvət edildi


16-05-2016, 13:03. Yazar: Xeberaz
İlham Əliyev Misirə dəvət edildi
Misir prezidenti Azərbaycan prezidenti İlham Əliyevi bu ölkəyə rəsmi səfərə dəvət edib.

Teleqraf.com-un məlumatına görə, bunu Misir Turizm İdarəsinin rəsmisi Əhməd Şokri Bakıda keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, dəvət martın 29-da təqdim olunub:

"Azərbaycan Misir üçün mühüm ölkələrdən biridir. İki ölkə arasında bir çox sahələrdə yaxşı əlaqələr var. Bakıya səfərimizin əsas məqsəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da gücləndirməkdir. Hədəfimiz tək Azərbaycandan Misirə deyil, həm də Misirdən Azərbaycana turist səfərlərinin təşkilidir".
Geri dön