Ana Sayfa > M / Karusel / İdman / M2 > “Qarabağ” “Neftçi”yə qalib gəldi – VİDEO

“Qarabağ” “Neftçi”yə qalib gəldi – VİDEO


26-04-2015, 00:13. Yazar: Xeberaz
“Qarabağ” “Neftçi”yə qalib gəldi – VİDEO
Ağdamlılar çempionluq üçün iki qələbə qazanmalıdırlar.

Bu gün Topaz Premyer-liqasında 31-ci turun oyunları keçirilib.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, turun mərkəzi oyununda “Qarabağ” gərgin və maraqlı mübarizədə 3:2 hesabı ilə “Neftçi”yə qalib gəlib.

“Qarabağ” oyunun gedişində Muarem Muarem və Cavid Tağıyevin müvafiq olaraq, 15 və 29-cu dəqiqələrdə vurduğu qollar sayəsində 2:0 hesabı ilə öndə olub.

32-ci dəqiqədə Araz Abdullayev kəskin küncdən güclü zərbə ilə hesab arasındakı fərqi azaldıb.

İkinci taymda Nikolas Kanales 59-cu dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.

Qələbə qolunu 69-cu dəqiqədə fərqlənmiş Leroy Corc vurub.

75-ci dəqiqədə “Neftçi”nin iki sarı vərəqə almış futbolçusu Karlos Kardoso meydandan kənarlaşdırılıb.

Oyundan fraqmentləri təqdim edirik:

Geri dön