Ana Sayfa > M / Karusel / Gündəm / Reportaj > Mübariz Salmanov alternativ yollar axtarır

Mübariz Salmanov alternativ yollar axtarır


14-05-2016, 19:16. Yazar: Xeberaz
Mübariz Salmanov alternativ yollar axtarır


Faktinfo.az saytına daxil olan məlumata görə, Maliyyə Nazirliyi tərəfindən bir müddət əvvəl Tovuz rayonunda aparılan yoxlamalar rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanovu çətin duruma salsa da, o, vəzifəsini qoruya bilib.Məsələ burasındadır ki, M.Salmanov uzun müddət ayrılan büdcə vəsaitlərini sağa-sola xərcləyib dağıtmaqla məşğul olan məmurlara kifayət qədər şərait yaratmışdı. Bu da səbəbsiz deyildi. Xüsusilə, kənd icra nümayəndəliklərinə, Gənclər və İdman İdarəsinə, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinə, o cümlədən abadlıq işlərinə ayrılan dövlət vəsaitinin xərclənməsi zamanı böyük israfçılığa yol verilmişdi. Büdcə vəsaitinin təyinatı üzrə düzgün xərclənməsi təmin edilmədiyi halda yol verilən saxtakarlıqlara göz yumulması,rayon maliyyə idarəsi müdirinin veto hüququndan istifadə etməməsi ona töhmət verilməsini gündəmə gətirmişdi.Təbii ki, bunlar M.Salmanovun həmin “əməliyyat”ları edənlərə “yandırdığı yaşıl işığa”görə şəxsi maraqlarını unutmamasından irəli gəlmişdi.

Saytımıza daxil olan məlumatda o da bildirilirdi ki, istinasız olaraq, Tovuzda bütün idarə və təşkilatların fəaliyyətinə birbaşa M. Salmanov tərəfindən nəzarət olunub. Hər ay büdcə təşkilatlarının rəhbərlərinə, dövlət vəsaitlərini vaxtında ala bilmələri üçün təyin olunmuş məbləğdə “rüsum” alındıqdan sonra razılıq verilirdi. O zaman M.Salmanovun rayonda fəaliyyət göstərən büdcə təşkilatlarında işə qəbul məsələsini də nəzarətinə götürməsi söz-söhbətə yol açmışdı. Bir sözlə, büdcə təşkilatlarında “ölü canların” siyahısına bələd olan M.Salmanov o zaman himayə etdiyi məsələlərin baş ağrısını çəkmişdi. Hətta bir zamanlar icra basçısının təhrikinə yox deməyən rayonun “Qəmlosu” kimi tanınan maliyyəçi şöbə müdiri yoxlamadan “xilas olmaq” üçün icra başçısı T. Zeynalovun dəstəyindən belə kənarda qalmışdı.

Hazırda faktinfo.az saytı M. Salmanovla bağlı maraq və təzad doğuracaq məlumat əldə edib. Belə ki, bütün çətinlikləri arxada qoyan Mübariz müəllim Azərbaycan Maliyyə Nazirliyindəki dayaqlarından və digər əlaqələrindən istifadə edərək rayona rəhbərlik etmək fürsətini də yoxlamağa başlayıb. Artıq bilir ki, ona rayonda alternativ yoxdur. Bütün rəqiblərini zərərsizləşdirə bilib. Məsələn, bir müddət əvvəl Tovuz rayon icra hakmiyyəti başçısı olmaq istəyən 28 saylı Tibii Sosial Ekspert Komissiyasının sədri Arif Səmədov Ağsatafa rayonuna “sürgün” edilib. Digər bu fikirdə olan şəxslər artıq zərərsizləşdirilib. Rayonun hazırkı rəhbəri Tofiq Zeynalov yaşlanıb, bir müddətdən sonra işdən kənarlaşdırılması mümkünləşəcək. Digər tərəfdən bütün rayon M. Salmanovu T. Zeynalovun yaxın adamı kimi tanıyır. İstənilən halda rayona rəhbərlik edəcək şəxs M. Salmanovla işləməyəcək. T. Zeynalovun da bundan sonra digər rayona dəyişdirilməsi inandırcı görünmür. Əgər M. Salmanov gələcəkdə rayonda müvazinətini qorumaq, T. Zenalova da aid bir çox maliyyə maxenasiyalarının aşkarlanmamasını istəyirsə, T.Zeynalovun ona köməklik göstərməsini də məqbul bilir.Bu baş verməyəcəyi təqdirdə

alternativ əlaqə qura bilməsi gec ola bilməməsi səbəbilə,rayonun maliyyəçi rəhbəri indidən narahat olub və digər alternativ yollar axtarışına çıxıb.
Geri dön