Ana Sayfa > M / Karusel / Siyasət > Sərkisyan Vyanaya gedir: Əliyevlə görüş
Sərkisyan Vyanaya gedir: Əliyevlə görüş14-05-2016, 15:02. Yazar: Xeberaz |
Ermənistan Prezidenti Serj Sərkisyan mayın 16-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutacaq görüşdə iştirak etmək üçün Vyanaya gedəcək. "Xəbəraz.az " xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Görüşdə ATƏT-in ABŞ, Fransa və Rusiyadan olan nümayəndələri də iştirak edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin görüşə qatılacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Geri dön |