Ana Sayfa > M / Karusel / Hadisə > Bakının mərkəzində DYP-nin maşının vurdular

Bakının mərkəzində DYP-nin maşının vurdular


25-04-2015, 13:33. Yazar: Xeberaz
Bakının mərkəzində DYP-nin maşının vurdular
Hadisə yerinə çoxlu sayda DYP avtomobili cəlb edilib.

Bakıda yol patrul xidmətinə məxsus "BMW" markalı maşın qəzaya uğrayıb.

Xeberaz.az "Report"-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Neftçilər prospektində, "Azadlıq" meydanının qarşısında baş verib.

Qəza zamanı yol-patrul xidmətinə məxsus maşın qarşıdan hərəkət edən "Toyota" markalı avtomobillə toqquşub.

Hadisə yerinə yol-patrul xidmətinə məxsus çoxlu sayda avtomobil və polis əməkdaşı cəlb edilib. Yol polisinə məxsus maşın evakuator vasitəsilə qısa zamanda hadisə yerindən aparılıb.

Qəza ilə bağlı araşdırmalar aparılır.
Geri dön