Ana Sayfa > M / Karusel / Siyasət > Ordunun və xalqın səbri tükənir… - Millət vəkili

Ordunun və xalqın səbri tükənir… - Millət vəkili


13-05-2016, 17:21. Yazar: Xeberaz


Ordunun və xalqın səbri tükənir… - Millət vəkili
Qənirə Paşayeva Afşində konfrans verərək türk dünyasını erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb.

"Xəbəraz.az " xəbər verir ki, Türkiyədə Afşin bələdiyyəsinin təşkil etdiyi və çoxlu QHT, KİV rəhbərləri, ziyalı və gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən millət vəkili Azərbaycan ordusunun düşmənə layiqli cavab vermək gücündə olduğunu bildirib.

Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülki vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı insanlar barədə məlumat verən deputat Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk Qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib və onlara çağırış səsləndirib:

“Beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırırıq. Azərbaycan ordusunun və xalqının səbri tükənir və artıq yetər deyirik”.
Geri dön