Ana Sayfa > M / Karusel / Gündəm > Nərgiz Yaqublu bu gün dəfn ediləcək

Nərgiz Yaqublu bu gün dəfn ediləcək


25-04-2015, 00:59. Yazar: Xeberaz
Nərgiz Yaqublu bu gün dəfn ediləcək

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı, jurnalist Nərgiz Yaqublunun cənazəsi Bakıya bu gecə gətiriləcək.

Xeberaz.az musavat.com-a istinadən məlumatına görə, təyyarənin Bakıya saat 03.30-da enəcəyi gözlənilir.

Nərgiz Yaublunun dəfn vaxtı da müəyyənləşib. O, aprelin 25-i saat 13.00-da Qaraçuxur məzarlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, bir neçə gün komada qalan Nərgiz Yaqublu aprelin 23-ü Rusiyada xəstəxanada vəfat edib.
Geri dön