Ana Sayfa > M / Karusel / Gündəm / Maraqlı / M2 > Bakıda oğlan qızla tanış olmaq üçün qeyri-adi üsula əl atıb.

Bakıda oğlan qızla tanış olmaq üçün qeyri-adi üsula əl atıb.


24-04-2015, 19:59. Yazar: Xeberaz
Bakıda oğlan qızla tanış olmaq üçün qeyri-adi üsula əl atıb.
Hadisəni törədən şəxs müəyyən olunub.



Xeberaz.az xəbər verir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, o qıza bıçaqla hədə-qorxu gələrək telefon nömrəsini istəyib.

Bakı sakini 1990-cı il təvəllüdlü Sona Məmmədova polisə şikayət edərək bildirib ki, Xətai rayonu ərazisində tanımadığı oğlan tanış olmaq məqsədi ilə bıçaqla hədə-qorxu gələrək ondan mobil teıefonunun nömrəsini alıb.

Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən olunub. Bakı sakini 1991-ci il təvəllüdlü Kənan Həbibli saxlanılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Geri dön