Ana Sayfa > M / Karusel / Gündəm > Prezident Ümumilli liderin məzarını ziyarət etdi

Prezident Ümumilli liderin məzarını ziyarət etdi


10-05-2016, 06:25. Yazar: Xeberaz

Prezident Ümumilli liderin məzarını ziyarət etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri Xiyabanda olublar. Onlar görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə onun məzarını ziyarət ediblər.

"Xəbəraz.az " xəbər verir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini anıb.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.

Mərasimdə bir sıra dövlət rəsmiləri, ictimai xadimlərdə iştirak edib.
Geri dön