Ana Sayfa > M / Karusel / Hadisə / M2 > Pirşağıda evdə ölü qadın və kişi tapıldı

Pirşağıda evdə ölü qadın və kişi tapıldı


24-04-2015, 19:56. Yazar: Xeberaz
Pirşağıda evdə ölü qadın və kişi tapıldı
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Bakıda evdə iki meyit aşkarlanıb.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə qeydə alınıb.

Həmin ünvanda iki nəfər asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Hazırda hadisə yeri müayinə edilməklə araşdırmalar davam etdirilir.

Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, meyitləri tapılmış şəxslərin adları artır müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, onlar – Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir.

Adıçəkilən şəxslərin intihar edib-etmədiyi araşdırılır.
Geri dön