Ana Sayfa > M / Karusel > Ukraynada “erməni soyqırımı” xatirəsi bir dəqiqəlik sükutla anılıb,

Ukraynada “erməni soyqırımı” xatirəsi bir dəqiqəlik sükutla anılıb,


24-04-2015, 14:34. Yazar: Xeberaz

Ukraynada  “erməni soyqırımı” xatirəsi bir dəqiqəlik sükutla anılıb,
“Bəşəriyyət tarixində faciəvi bir gündür”.

Ukraynanın Ali Radası “1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi qətliamının qurbanlarının” xatirəsi bir dəqiqəlik sükutla anılıb,

UNİAN-ın müxbiri məlumat verir ki, Ukraynanın xalq deputatı Nikolay Knyajiski qeyd edib ki, bu gün erməni xalqının və ümumilikdə bəşəriyyət tarixində faciəvi bir gündür.

“Bu gün 100 il öncə erməni elitasının sürgün edilməsi ilə başlanan bütöv bir xalqın və ya millətin qırılmasına başlanılıb. Ermənilər və ukraynalılar uzun illər boyu yanaşı yaşayıblar. Ləyaqət İnqilabında ilk həlak olan ermənidir. Ukrayna xalqına dost olan bu millətin 52 nümayəndəsi ATƏ-nin (Antiterror əməliyyatları) keçirilməsi zamanı həlak olub”, - Kyajinski vurğulayıb.
Geri dön