Ana Sayfa > M / Karusel / Gündəm > “ASAN ödəniş” terminalları ictimai yerlərdə qurlaşdırıldı

“ASAN ödəniş” terminalları ictimai yerlərdə qurlaşdırıldı


24-04-2015, 13:47. Yazar: Xeberaz
“ASAN ödəniş” terminalları ictimai yerlərdə qurlaşdırıldı
“İntensiv işlər aparılır”.

“ASAN ödəniş” terminalları “Park bulvar", “Metro Park", “28 Mall" iri ticarət mərkəzlərində və “Baku Crystal Hall”da vətəndaşların istifadəsinə verilib.

Xeberaz.az xəbər verir ki, “ASAN ödəniş” sistemi vasitəsi ilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər.

İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür. “ASAN ödəniş” terminalları vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir.

Bu günə qədər yalnız terminallar vasitəsi ilə 2000-ə yaxın ödəniş həyata keçirilib.

Qeyd edək ki, artıq istifadəçilər www.asanpay.az portalı üzərindən şəxsi kabinetə daxil olmaqla şəxsi məlumatlarını və onlara tətbiq olunmuş cərimə ballarını da izləyə bilərlər.

ASAN Xidmətdən bildirilir ki, hazırda terminalların əhalinin çoxluq təşkil etdiyi digər ictimai yerlərdə quraşdırılması istiqamətində intensiv işlər aparılır.
Geri dön