Ana Sayfa > M / Karusel / Hadisə > Bakıda içərisi pulla dolu “Pay Point” oğurlandı

Bakıda içərisi pulla dolu “Pay Point” oğurlandı


24-04-2015, 12:37. Yazar: Xeberaz
Bakıda içərisi pulla dolu “Pay Point” oğurlandı
Hadisə axşam saatlarında baş verib.

Bakıda “Pay Point” aparatı oğurlanıb.

Xeberaz.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb.

Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər qəsəbə ərazisində içərisi pulla dolu, “Comted LTD”-yə məxsus “Pay Point” ödəniş terminalını oğurlayıb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.
Geri dön