Ana Sayfa > M / Karusel / Dünya > “İŞİD”in rəhbəri Əbu Bəkr əl-Bağdadi Yaralandı...

“İŞİD”in rəhbəri Əbu Bəkr əl-Bağdadi Yaralandı...


24-04-2015, 12:32. Yazar: Xeberaz
“İŞİD”in rəhbəri Əbu Bəkr əl-Bağdadi Yaralandı...
Bu barədə KİV məlumat yayıb.

“İslam dövləti” terrorçu qruplaşmasının (İŞİD) müvəqqəti rəhbəri keçmiş iraqlı fizika müəllimi Əbu Əla Əfri olub.

Xeberaz.az xəbər verir ki, bu barədə Newsweek İraq hökumətinin müşaviri, doktor Hişam əl-Haşimiyə istinadən xəbər verir.

Bundan əvvəl bildirilirdi ki, “İŞİD”in rəhbəri Əbu Bəkr əl-Bağdadi İraqın qərbində ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi hava qüvvələrinin endirdiyi aviazərbə nəticəsində yaralanıb.

Əl-Haşimi həmçinin bildirib ki, əl-Bağdadi ölərsə, Əla Əfri “İŞİD”in yeni daimi başçısı olacaq.

“Əl-Bağdadi ölsə o, İŞİD-in yeni lideri olacaq”, - deyə, İraq hökumətinin müşaviri bildirib.
Geri dön