Ana Sayfa > M / Karusel / İdman > Güləşçimiz ermənini uddu: Lisenziya qazandı

Güləşçimiz ermənini uddu: Lisenziya qazandı


6-05-2016, 23:28. Yazar: Xeberaz

Güləşçimiz ermənini uddu: Lisenziya qazandı
Mayın 6-da İstanbulda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II dünya təsnifat turniri start götürüb.
"Xəbəraz.az " xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız daha sonra Belarus idmançısı Pavel Liax və polşalı David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi, erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib. O, bununla Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir. Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq.

Yarışda 98 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Şalva Qadabadze isə mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub.

Turnirdə finala yüksələn güləşçilər Olimpiadaya vəsiqəni təmin etmiş olurlar.

Güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaqlar. Komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqə əldə ediblər.

Geri dön